Google və Apple xəritələrindən Fələstin adının çıxarılması Həmasın reaksiyasına səbəb oldu

Qafqaztimes xəbər verir ki, Qəzzadakı Həmas hökumətinin məlumat bürosu çərşənbə günü Google və Apple-ın Fələstinin adını xəritələrdən çıxarmasına qarşı reaksiya verib.

Fələstin xəbər agentliyi “Safa”ya görə, Qəzza hökumətinin məlumat bürosu bildirib: “Fələstin adının Google və Apple’in naviqasiya proqramlarından çıxarılması və İsrailin adı ilə əvəzlənməsi ilə bağlı atılan addımlarl qınayırıq. Onlar bununla bütün tarixi və hüquqi həqiqətləri kənara qoydular. Bütün faktlar yer kürəsinin bu hissəsinə sahibliyin fələstinlilərə aid olduğunu sübut edir.”

Bəyanatın digər bir hissəsində belə deyilir: “Bunu millətimizə və hüquqlarımıza qarşı düşməncəsinə davranışın bir növü kimi, beynəlxalq qətnamələrə və müqavilələrə zidd bir hərəkət olaraq qəbul edirik. Bu addım işğalçılara açıq bir dəstəyi göstərir. Ona görə də bu iş, xalqımız və Fələstinin haqq işinin bütün tərəfdarları və himayədarları tərəfindən ciddi müqavimət tələb edir.”

Related posts

Sara Netanyahu mühakimə olunacaq!

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil