“Google” məşhur xidmətinin bağlanacağını elan etdi

“Google” gələn həftə ABŞ-də “Google Podcasts”ı bağlayacaq.

Servis bağlandıqdan sonra podkastları “YouTube Music”də dinləmək mümkün olacaq.

“Google” hazırda ABŞ-dəki istifadəçilərinə aprelin 2-dən etibarən “Google Podcasts”dan istifadə edə bilməyəcəkləri barədə bildirişlər göndərir.

Qeyd edək ki, “Google Podcasts” striminq xidməti altı il əvvəl istifadəyə verilib. Xidmət istifadəçilərinə nəinki podkastların geniş seçimini təmin edib, həm də onları daha sonra “oflayn” rejimdə dinləmək üçün öz cihazlarına yükləməyə imkan verirdi.

“Google”, “Google Podcasts”ı dayandırmaq və “YouTube”a keçmək qərarının istifadəçi davranışı və seçimlərinə uyğun olduğunu bildirib. 

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi