“Google” məlumatları qorumaq üçün yenilik edib – FOTO

“Google” şirkəti smart qadcetlər üçün yeni əməliyyat sistemini elan edib.

Bu barədə “Google Open Source” bloqu məlumat yayıb.

Yeni əməliyyat sistemi “KataOS” adlanır və korporasiyanın mühəndisləri tərəfindən maşın öyrənmə alətləri üçün etibarlı bir platforma kimi təqdim olunur.

Ehtimal olunur ki, bundan məlumatların qorunmasına ehtiyacı olan müxtəlif cihazlarda istifadə olunacaq.

“Ətrafımızdakı cihazların məlumatlarının təhlükəsizliyini təmin etdiyini riyazi sübut etmək mümkün deyilsə, o zaman onların topladığı məlumatlar zərərli proqram təminatı üçün əlçatan ola bilər”, – deyən proqram tərtibatçıları sistemin ilk növbədə ətraf mühitdən alınan məlumatları toplayan və emal edən smart cihazlara yönəldiyini qeyd ediblər.

“KataOS” hər kəs üçün açıq mənbəli əməliyyat sistemi kimi mövcuddur.

Qeyd edək ki, fevral ayında “Google” kompüterlər üçün yeni “Chrome OS Flex” əməliyyat sistemini buraxıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi