Google əməkdaşları süni intellekt texnologiyalarının İsrail rejiminə satılmasına etiraz edir

Google əməkdaşları süni intellekt texnologiyalarının İsrail rejiminə satılmasına etiraz edir

İngiltərədəki DeepMind şirkətinin 300-dən çox əməkdaşı ana şirkət Google-in İsrail rejiminə bağlı təhlükəsizlik agentlikləri ilə bağladığı müqavilələrə etiraz edib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Financial Times yazıb: Londonda təxminən 300 DeepMind əməkdaşı şirkətin İsrail təhlükəsizlik agentliklərinə süni intellekt texnologiyaları satmaq qərarına etiraz üçün Rabitə İşçiləri Həmkarlar İttifaqına qoşulmağa çalışır.

Bu etirazlar Google-in 2025-ci ilin fevralında hərbi və müşahidə texnologiyaları da daxil olmaqla zərərli texnologiyalar inkişaf etdirməmək üzrə əvvəlki öhdəliyindən geri çəkildikdən sonra güclənib.

Google-un Amazonla birgə həyata keçirdiyi “Project Nimbus” adlı layihə çərçivəsində İsrail Müdafiə Nazirliyinə bulud xidmətləri və süni intellekt texnologiyaları təqdim etdiyinə dair xəbərlər ortaya çıxanda işçilərin narahatlıqları artıb. Bu müqavilənin dəyərinin 1,2 milyard dollardan çox olduğu bildirilir.

Etiraz edən əməkdaşlar bu qabaqcıl texnologiyaların Qəzza əhalisinə qarşı soyqırım müharibəsində, xüsusən də hərbi hədəflərin müəyyən edilməsi prosesində istifadə olunacağından ehtiyat edirlər. Bu narahatlıqlar nəticəsində son iki ayda 5 işçi istefa verib və ABŞ-da bir neçə Google əməkdaşı Project Nimbusa etiraz etdikləri üçün işdən çıxarılıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib