Göldə bədbəxt hadisə: Buzun üzərində hərəkət edən avtomobil suda batdı – FOTO

Rusiyanın İrkutsk vilayətinin Sarma yaşayış məntəqəsi yaxınlığında bədbəxt hadisə baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, avtomobil sürücüsü qadağa nişanlarına baxmayaraq, Baykal gölündə buzun üzəri ilə hərəkət edib.

Avtomobil sahildən üç kilometr aralıda suya düşüb və batıb. Sərnişinlərdən biri olan kişi xilas ola bilsə də, qadın sərnişin vəfat edib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Baykal axtarış-xilasetmə qrupunun mütəxəssisləri ölənin meyitini çıxararaq polisə təhvil veriblər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi