Global Times: İran-Çin münasibətləri yeni mərhələyə qədəm qoyur

QafqazTimes xəbər verir ki, çinli analitiklər İran prezidentinin bu həftə Çinə səfərini iki ölkə arasında münasibətlərin əməkdaşlığın yeni mərhələsinə qədəm qoymasının əlaməti kimi qiymətləndiriblər.

Bu xəbərə əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bazar ertəsi jurnalistlərlə görüşündə, İran prezidenti Ayətullah Seyid İbrahim Rəisinin Çinə səfərinin planlaşdırıldığını açıqlayıb. O, bu səfərin iki ölkə arasında imzalanmış ortaq razılaşma əsasında olduğunu söyləyib.

“Çin Sosial Elmlər Akademiyası”nın Yaxın Şərq məsələləri üzrə analitiki Tan Zhichao bazar günü “Global Times” saytına deyib: “Rəisinin səfərinin əsas prioriteti daha çox Çin və İran arasında hərtərəfli strateji tərəfdaşlığın inkişafı və 25 illik əməkdaşlıq sazişinin irəliləyişi və onun daha çox həyata keçirilməsinə yönəlməlidir.”

Onun sözlərinə görə, İran və Çin xüsusilə enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət və investisiya sahələrində güclü iqtisadi əlaqələrə malikdir. Qeyd edək ki, 2021-ci ildə hər iki ölkə arasında siyasi, strateji və iqtisadi komponentləri özündə birləşdirən 25 illik strateji əməkdaşlıq müqaviləsi imzalanıb.

Tang həmçinin deyib: “Hər iki tərəf bir neçə yüksək səviyyəli mübadilədə hədəflər təyin ediblər, lakin son illərdə koronavirusun təsiri və ətraf mühitdəki dəyişikliklər səbəbindən irəliləyişlər ləngiyib. Rəisinin səfərinin mühüm məqamı bu prosesi irəli aparmaqdır, çünki bu, hər iki ölkənin xalqı üçün faydalıdır.”

Bu kontekstdə Lanzhou Universitetinin tədqiqat mərkəzinin baş direktoru Zhu Yongbiao “Global Times” saytına deyib ki, bu səfər Çin-İran münasibətlərində çox mühüm yüksəliş kimi qiymətləndirilə bilər.

Zhu deyib: “İpək Yolu Təşəbbüsü və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq Çin və İran arasında əlaqələr üçün daha geniş imkanlar yaradır. Bu görüşdən sonra Çin və İran arasında münasibətlərin yeni və daha yüksək mərhələyə keçəcəyini proqnozlaşdırmaq olar.”

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

1 şərh

autodesk benefits Fevral 14, 2023 - 10:23 səhər

FREE FILMORA 11 CRACK | LIFETIME FULL VERSION | INSTALL FILMORA | 2023 https://www.youtube.com/watch?v=fuMi_mZRQhM

Add Comment