“Gladiator 2″nin treyleri interneti fəth etdi – VİDEO

2000-ci illərin kult filmlərindən sayılan “Gladiator” filminin ikinci hissəsinin rəsmi treyleri yayılıb.

İkinci hissədəki hadisələr ilk filmdə Rassel Krounun canlandırdığı “Maksimus” obrazı ilə bağlı olaylardan 20 il sonra cərəyan edir.

Yeni filmdə imperator Mark Avrelinin nəvəsi Lutsius Roma ordusunun Numidiyaya hücumundan sonra əsir düşür və Romaya qladiator kimi qayıdır.

Filmdə baş rolu Pol Meskal ifa edir, həmçinin Pedro Paskal, Denzel Vaşinqton, Cozef Kuinn və Fred Hekincer də rol alıblar.

“Gladiator 2″nin yaradılması ideyası haqqında ilk dəfə 2000-ci illərin əvvəllərində danışılmağa başlanılsa da, çəkilişlər yalnız 20 il sonra, 2023-cü ilin iyununda başlayıb.

Film Malta və Mərakeşdə çəkilib.

Rejissoru Ridli Skott olan filmin dünya premyerasının noyabrın 22-də olacağı planlaşdırılır.

“Gladiator”un birinci hissəsi 2000-ci ildə ekranlara çıxıb və 465 milyon dollardan çox qazanc əldə edərək ən uğurlu filmlərdən biri olub. Rassel Krou filmdəki roluna görə “Oskar” mükafatına layiq görülüb. Aktyor davama skeptik yanaşsa da, “Maksimus” rolunun onun karyerası üçün əhəmiyyətini və filmin onun qəlbində xüsusi yer tutduğunu etiraf edir.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)