Girovlar Netanyahunun istehlak malıdır

Girovlar Netanyahu istehlak malıdır

Sionist mediaları İsrail baş nazirinin Fələstin müqaviməti ilə sazişi imzalamaq istəmədiyi və sadəcə öz siyasi karyerasını düşündüyündən xəbər verirlər.

İRNA-nın məlumatına əsasən, Haarets qəzeti bugünkü (21 avqust) sayında yazıb: Benyamin Netanyahunu girovların taleyi deyil, sırf öz siyasi karyerası düşündürür. Çünki o, girovları istehlak malı kimi görür.

Haarets daha sonra yazır: Netanyahunun Misir sərhədində Filadelfiyaya nəzarətin üzərində fokuslaşması da bir növ bəhanədir. Çünki o, ümumiyyətlə razılaşmaq istəmir.

Qeyd edək ki, Həmas-İsrail arasında vasitəçilərlə  atəşkəs və girovların azadlığı danışıqları Benyamin Netanyahunun min bir bəhanəsilə uzadılır. Misir də Səlahiddin zonasında işğalçıların olmasına müxalifdir. Agah mənbələrin dediyinə görə Qahirə dünən gecə sionist rejim ordusunun Rəfəh keçidi zonasından geri çəkilməsini tələb edib.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir