Geri sayım başlayır; Sionistlər işğal olunmuş Fələstini tərk edirlər

Qafqaztimes xəbər verir ki, Sionist “Yediot Ahronot” qəzetinin dərc etdiyi rəsmi statistikaya əsasən, təhdidlərin artması, Qəzzə müharibəsinin davam etməsi, daxili gərginliklər, həyat səviyyəsinin aşağı düşməsi və vəziyyətin gərginləşməsi səbəbindən işğal olunmuş Fələstini tərk edən yəhudilərin sayı artıb. Əldə olan məlumata görə -(Təl-Əviv tərəfindən təsdiqlənməyib) Qəzzə müharibəsi başlayandan bəri işğal olunmuş Fələstindən qaçan sionistlərin sayı bir milyon nəfərə çatıb.

Bundan əvvəl sionist rejimin keçmiş baş naziri Naftali Bennet yəhudi mühacirlərdən işğal olunmuş Fələstini tərk etməməyi xahiş etmişdi. O, əks immiqrasiyanın nəticələrindən narahatlığını ifadə edib və bəyan edib ki, “İsrail” yarandığı gündən bəri ən çətin mərhələni yaşayır. Qəzza müharibəsinin nəticələrinə, rejimin uğursuzluğuna və 120 israillinin əsir düşməsinə işarə edən Bennet, “Bütün bu problemlər var, amma məni narahat edən yeganə şey ölkəni tərk etmək söhbətidir” deyib.

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik