General Salami: Sionist rejimi özünü müdafiə edə bilmir

QafqazTimes xəbər verir ki, SEPAH-ın baş komandanı General Salami Pakistan Ordusu Qərargah Rəislərinin Birgə Komitəsinin sədri General Nadim Rza ilə görüşündə qəsbkar sionist rejimini İslam dünyası və bəşəriyyətin düşməni adlandıraraq bildirib ki, sionistlərin əsas dayağı olan amerikalılar da sionist rejimin əsas himayədarı kimi əsasən İslam hökumətinin düşmənləridir. O, həmçinin uşaq qatili ilə münasibətlərin normallaşdırılmasının aqibətindən danışaraq deyib: “Maraqlı sualdır; Bəzi İslam ölkələri təhlükəsizlik və ya iqtisadiyyata sahib olmaq üçün özünü müdafiə edə bilməyən və tamamilə siyasətsiz bir rejim olan sionist rejimə necə güvənə bilər? Bu heç də məntiqli deyil.”

O, amerikalıların İslam dünyasında mövcudluğunun nəticəsini böyük parçalanmalar, uzun sürən vətəndaş müharibələri, evlərin dağıdılması, eləcə də insanların didərgin düşməsi, müsəlman xalqlarının öz sərvətlərindən məhrum edilməsi, yoxsulluq və gerilik hesab edərək bildirib: “Əfqanıstana nəzər saldıqda Amerika müdaxiləsinin zərərli və düzəlməz nəticələrini görürük. Bundan həmçinin Pakistan xalqı və höküməti də ciddi zərər görüb.”

Amerikalıların regionda və islam ölkələrində mövcudluğunu qeyd etdikdən sonra, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı belə vurğulayıb: “Allahın köməyi ilə düşmənlərimiz geri çəkilir və ümid edirik ki, bu ölkələr inam və həmkarlıqla öz müstəqilliklərini bərpa edəcəklər.”

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur