İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Hüseyn Səlami Yəmən xalqının müqavimətini yüksək qiymətləndirib və deyib: Yəmənlilər Fələstini bacarıqla müdafiə edirlər və sonda qalib gələcəklər.
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, general Hüseyn Səlami “Əl-Məsirə” telekanalına müsahibəsində vurğulayıb: Yəmənlilər indiyə qədər ləyaqət və şərəflə müqavimət göstərdikləri kimi, Allahın lütfü ilə də müqavimətlərini davam etdirəcəklər və nəhayət qalib gələcəklər.
O əlavə edib: Müqavimət zəifləməyib və hər kəs yəmənlilərin Fələstini bacarıqla necə müdafiə etdiyini və hər cümə günü Qəzzəyə dəstək yürüşü keçirdiklərinin şahididir.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri dünən (cümə) verdiyi son açıqlamasında belə deyib.
Fələstin xalqını dəstəkləmək və sionist rejimin Qəzzə xalqına qarşı cinayətlərinə cavab vermək, eləcə də bu rejimin Yəmən ölkəsinə, Yəmən silahlı qüvvələrinə qarşı təcavüzlərinə misilsiz hərbi əməliyyatla cavab vermək çərçivəsində, Sionistlərin Yaffadakı (Təl-Əviv) “Ben Qurion” hava limanını vurduq.
O əlavə edib: Yəmən silahlı qüvvələri başqa bir pilotsuz təyyarə əməliyyatında bir neçə pilotsuz təyyarə ilə Sokotri adasının şərqində Ərəbistan dənizində “Santa Ursula” gəmisini hədəfə alıb.
Bu bəyanatda o da bildirilir ki, Yəmənin hərbi əməliyyatları Qəzzəyə qarşı təcavüz dayanana qədər davam edəcək.
Qafqaztimes
Al-alam