General Rəşidin ABŞ və İsrailə İranı təhdid etdiyinə görə xəbərdarlığı: Təcavüz mənbəyini, imkanlarını və bazalarını hədəf alacağıq.
▪ Bu il, əsasən ilin ikinci yarısında indiyə qədər ordu və Həmdəstə Qüvvələr tərəfindən 27 böyük hərbi təlim keçirilib və əlbəttə ki, onların bəziləri media vasitəsilə göstərilməyib və göstərilməyəcək.
▪ Komandanlara vurğuladıq ki, İranın bütün sahələrdə və güclü silahlarının kiçik bir hissəsini mediada göstərsinlər.
▪ Son dörd onillikdə düşmənlərimiz, İran xalqının vətəni müdafiə etmək üçün düşmən qarşısında birlik və bütövlüyünü düzgün qiymətləndirmədikləri üçün hesablamada səhvə düşüb və illüziyalar yaşayırlar.
▪ Sionist rejiminə və ABŞ-ə İsraili hər cəhətdən dəstəklədiklərinə görə xəbərdarlıq edirik ki, İsrailin İran xalqının maraqlarına qarşı hər hansı təhdidi ABŞ-nin İsraili tam dəstəkləməsi əsasında qiymətləndiriləcək və silahlı qüvvələr tərəfindən qəti tədbirlər görüləcək.
▪ Təcavüz mənbəyini, imkanlarını və İsrailə kömək edən bazaları istifadə olunan məkan və yolda hədəfə alacağıq.
Qafqaztimes