General Qasim Süleymaninin terror edilməsinin ildönümü yaxınlaşır

Qafqaztimes xəbər verir ki, General Qasim Süleymaninin şəhadətinin 2-ci ildönümü yaxınlaşır. 3 yanvar 2020-ci il, cümə günü səhər İraq dövlət televiziyası SEPAH-ın Qüds Qüvvələrinin komandanı Sərdar Qasım Süleymaninin və Həşdu Şabinin rəis müavini Əbu Mehdi əl-Mühəndisin Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ qüvvələri tərəfindən terror edildiyini açıqladı.

İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandirinin şəhadəti ilə bağlı ilkin xəbərin dərcindən bir saat sonra ABŞ Müdafiə Nazirliyi Qasim Süleymani və Əl-Mühəndisin qətlinə görə məsuliyyəti öz üzərinə götürən rəsmi bəyanat yayaraq, bu terrorun ABŞ-ın o zamankı prezidenti Donald Trampın göstərişi ilə həyata keçirildiyini açıqladı.

Qasim Süleymaninin şəhid olması xəbəri sürətlə dünya ictimaiyyətini sarsıtdı və bu kədərli xəbər bir neçə saat ərzində dünya mediasının manşetinə çevrilərək yüksək səviyyəli beynəlxalq media agentlikləri arasında reaksiya dalğasına səbəb oldu.

Şəhid Süleymaninin regionda və dünyada nüfuzu o qədər böyük idi ki, onun şəhid olması xəbəri dünyada qorxu və təşviş dalğası yaratdı və media bu qlobal narahatlığı özündə əks etdirdi.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya