General Qaani: Sionistlər Ramazan ayında daha çox qorxuya düşüb

Qüds qüvvələrinin komandanı İran televiziyasında sionist rejimin Ramazan ayında daha çox qorxuya düşdüklərini, bu il isə İordan çayının qərb sahillərində fələstinli gənclərin əməlyyatlarından daha çox ehtiyat etdiklərini deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, general İsmayıl Qaani bu gün Ramazan ayının ilk günündə (12 mart) İran Teleradio Təşkilatının başçısı və digər rəsmiləri ilə görüşündə deyib: Sionistlər daha çox bu Ramazan ayından çox qorxur. Çünki onlar fələstinli gənclərin bu ilki gücünün birə-beş artıdığına əmindirlər.

General Qaani sonra Əl Əqsa Tufanı əməliyyatının digər imtiyalarından birinin bütün dünya üçün bir növ sınaq olduğuna işarə edərək deyib: Fələstinli döyüşçülərin döyüş müydanında Həmas müzakirə heyətinə “Biz müqaviməti davam etdirəcəyik, siz də müzakirə masasında möhkəm iradə nümayiş etdirin”mesajı sionistləri daha da qorxuya salıb.

Qaani əlavə edib: Həqiqətən də fələstinli döyüşçülərin müharibə meydanında möhkəm iradəsi və maksimum qüdrət nümayişi təqdirəlayiqdir.

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)