General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı Aralıq dənizinin şərq hissəsini düşmənin yolunun kəsiləcəyi və onların parçalanması üçün müqavimət cəbhəsinin genişlənəcəyindən xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, general-mayir Hüseyn Salami bu gün səhər (7 may) sionist rejimin İranın Dəməşq konsulluğuna hücumunda şəhid olan hərbi müşavirlərin anım mərasimində deyib: Bu İslam övladlarının şəhadətinin arxasında duran dərin fəlsəfə İslam inqilabı missiyasına uyğun böyük bir missiyadır.

İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı indiki dövrdə inqilabın əsas məqsədinin əzəmətli İslam dinini dirçəltmək və müsəlmanları hegemonların əsarətindən xilas etmək olduğunu qeyd edərək deyib: Müsəlmanlar hal-hazırda qüdrət uğrunda mübarizə aparan şər qüvvələrin zülmünə məruz qalır və bizim də vəzifəmiz bu şər qüvvələrin yolunu kəsməkdir.

SEPAH rəsmisi həmçinin vurğulayıb: İslam torpaqları hegemoniya əleyhinə cihad meydanı olmalı, müsəlmanlar vahid amalları ilə vəhdət qurmalıdırlar. Ona görə də düşmənin yolu kəsilməli, ayağı qırılmalıdır.

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)