QafqazTimes xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin komandanı, generalı Əmir Əli Hacızadə iki yeni raket və pilotsuz təyyarə bazasının açılış mərasimində deyib: “Hazırda biz bu bazada eyni zamanda 60 PUA-nı uçurmağa qadirik. Bu dronların uçuş məsafəsinin yüksək olması və məhdudiyyətinin olmamasına görə bizim hədəf limitimiz yoxdur və istənilən düşmən hədəfini vura bilərik.”
İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin komandanı deyib: “Bizim raket gücümüz və eyni vaxtda atış imkanlarımız 6-7 dəfədən çox artıb, atış üçün hazırlıq vaxtı və hazırlıq məsafəsi də xeyli azalıb.”
Sərdar Hacızadə düşmənin SEPAH-ın pilotsuz uçan aparatları ilə bağlı nigarançılığı İranın hərbi potensialının artmasının əlaməti kimi qiymətləndirərək deyib: “Bir gün düşmən bizim nüvə ehtiyatımızdan danışırdı, indi isə bir müddətdir ki, raketlərimizdən danışır və bu, o deməkdir ki, onların siyasi gücü zəifləyib.”