General Fədəvi: Amerikalıları tarixdə ən çox təhqir edən Sepahın donanması olub

QafqazTimes xəbər verir ki, ötən gün (cümə axşamı), İranın Sepah komandirinin müavini general Əli Fədəvi “Bəqiyyətullah” Tibb Elmləri Universitetinin professorlarının şərəfinə keçirilən mərasimdə çıxış edərkən deyib: “ABŞ-ın əsas hərbi potensialı dəniz qabiliyyətlərinə söykənir. Beynəlxalq naviqasiya qanunlarına görə, gəmilər istənilən ölkənin sahillərində 12 millik məsafəyə qədər manevr edə bilər. Bu məsələni və ABŞ Hərbi Dəniz Qüvvələrinin onların hərbi qüdrətinin ən yüksək təzahürü olduğunu nəzərə alsaq, onların SEPAH donanması tərəfindən alçaldılması onlar üçün çox ağır oldu. Elə məhz buna görə də ABŞ İrandan Haaqa məhkəməsinə şikayət etdi.”

SEPAH-ın baş komandanının müavini İran-İraq müharibəsi zamanı 87 ölkənin İraqın BƏƏS rejimini dəstəkləməsinə toxunaraq deyib: “Bu dəstək onlar üçün heç bir nəticə vermədi. Başqa sözlə desək, elmi iş döyüş meydanında görülən ağır işdən asandır. Yəni, əgər biz bu müharibədə yaxşı nəticələr əldə edə bilmişiksə, elm sahəsində daha çox yaxşı nəticələr əldə etməliyik və buna imkanımız var.”

General Fədəvi əlavə edib: “İslam İnqilabından 43 il keçir. Bəlkə də heç kimin ağlına gəlmirdi ki, bu inqilab uğurlu olsun. Bu səbəbdən də İran İslam Respublikası formalaşdığı ilk gündən düşmənlər ölkəmizə qarşı müxtəlif formalarda müharibə və ya münaqişə başlatdılar. Amma indi biz inqilabın ilk illəri və hətta iki il bundan əvvəlki illə müqayisə olunmalı deyilik.”

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur