Gecə saatlarında avtomobildə ağlayan 5 yaşlı uşaq tapıldı (Video izlə)

Rusiyanın Novokuznetsk şəhərində ağlayan beş yaşlı uşaq avtomobildə kilidli vəziyyətdə tapılıb.

Məlum olub ki, anası onu tərk edərək gecə klubuna gedib. 28 yaşlı ana Prokopyevskdən əylənməyə gəlib. O, beş yaşlı oğlunu Renault markalı maşında kilidləyib. Səhər saat 3:30 radələrində yoldan keçənlər polisə uşaq barədə məlumat veriblər. Üşüdüyünü deyən uşaq çox qorxduğu görünüb. Onu patrul avtomobilində ədyala bürüyüblər və sakitləşdiriblər. Tapılan valideyn özünə haqq qazandırmağa çalışıb və cəmi bir saatlığına uşağı qoyub getdiyini deyib. Onun barəsində protokol tərtib olunub.

Araşdırma zamanı o da məlum olub ki, qadın əvvəllər də dəfələrlə cərimləndiyi üçün PDN-də qeydiyyatda olub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi