G7-dən İran əleyhinə bəyanat

G7 iqtisadiyyat nazirləri mərkəzi bank rəhbərləri Yaponiyada 3 günlük iclasdan sonra İran əleyhinə bəyanat imzalayıb.

2023-cü ildə G7-yə sədrlik Yaponiyadan keçəcək. G7 liderlərinin sammiti mayın 19-21-də Xiroşimada keçiriləcək.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Yaponiyanın Nigata şəhərində 3 günlük iclasın sonunda G7-yə üzv iqtisadiyyat nazirləri və mərkəzi bank rəsmiləri İranla hər hansı bir iqtisadi əlaqənin təhlükəli olduğu və Şimali Koreyanın nüvə və raket fəaliyyətlərinin pis nəticələri barədə bəyanat yayıblar.

Ria Novostinin yazdığına görə bəyanatda deyilir: Çirkli pulların yuyulması üzrə iqtisadi qrup FTAF beynəlxalq arenada təhlükəsizliyin qorunması sahəsində önəmli rol oynayan bir sistemdir və verilən məlumata görə Şimali Koreyanın kütləvi qırğına səbəb ola biləcək nüvə silahı varlığı dünyaya böyük bir təhlükədir. Həmçinin İranın uzun illər Qərb sanksiayalarını nəzərə alaraq təhlükəli olma ehtimalı daha güclü olduğu üçün bir sıra məhdudiyyətlər qoyulması zəruri hesab edilir.

Məlumatda həmçinin deyilir: Bundan öncə İran ədliyyə naziri Əmin Hüseyn Rəhiminin Vaşinqton embarqolarının təzyiqindən qurtarmaq üçün SWIFT şəbəkəsi kimi bir sistemin qurulması və sanksiyalara məruz qalmışlar qrupunun yaradılması təklifi rəsmi Tehran əleyhinə bəyanatların verilməsi ilə nəticələnib.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Qırmızı dənizdə Amerika qırıcısı vuruldu