Gənc oğlanı yarım saat ərzində iki dəfə avtomobil vurdu (Video izlə) 

Rusiyanın Tümen şəhərinin sakinini yarım saat ərzində iki dəfə avtomobil vurub.

Əvvəlcə o, qadağan olunmuş yerdən yolu keçib və “Renault Logan” avtomobilinin təkərləri altında qalıb. Nəticədə çiyni əzilib və üzü zədələnib. Təcili yardım maşını ilə xəstəxanaya aparılan gənc həkimlərin müdaxiləsindən sonra evə buraxılıb.

Lakin bir neçə dəqiqədən sonra o, xəstəxanaya geri gətirilib. 26 yaşlı xəstə yenidən yolu yanlış yerdən keçməyə cəhd edib və bu dəfə də onu “Mitsubishi” avtomobili vurub.

Bu dəfə onun vəziyyəti daha ağır olub və orta ağır olaraq qiymətləndirilməklə xəstəxanada saxlanılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi