Gəncədə yaranmış süni gölün suyu azaldılıb – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağıntılar səbəbindən Gəncə şəhərindəki parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin yenidən artması ilə əlaqədar ətraf ərazilər üçün yaranmış təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Nazirlikdən verilən məlumata görə, gecə saatları da daxil olmaqla fasiləsiz həyata keçirilən tədbirlər nəticəsində göldə suyun səviyyəsinin təxminən 80 santimetrə qədər endirmək və su bəndinə olan təzyiqi azaltmaq mümkün olub. Bununla belə, təhlükənin tam aradan qaldırılması istiqamətində tədbirlər hazırda davam etdirilir.

Qeyd edək ki, əməliyyata FHN-in Gəncə Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının ümumilikdə 31 nəfərdən ibarət şəxsi heyəti, 9 motopompa və 3 texnikası cəlb olunub.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir