Gələn həftə İsrail Haaqa məhkəməsində mühakimə olunacaq

Gələn həftə Cənubi Afrikanın şikayəti əsasında Beynəlxalq Haaqa məhkəməsində İsrail cinayətləri ilə bağlı məhkəmə iclası keçiriləcək.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən,  Yanvarın 11-12 tarixlərində Hollandiyanın Haaqa şəhərində Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrika Respublikasının (CAR) İsrailə qarşı qaldırdığı “Soyqırım işi”nin ilk iclası keçiriləcək.

Xatırladaq ki, Cənubi Afrika Respublikası dekabrın 29-da İsrailin 7 oktyabrdan bu yana Qəzzada törətdiyi hərəkətlərlə bağlı BMT-nin “Soyqırımın qarşısının alınması və cəzalandırılması”na dair 1948-ci il konvensiyasını pozduğunu əsas gətirərək Beynəlxalq Ədliyyə Məhkəməsində iddia qaldırıb və İsrail üçün tədbir görmək qərarı tələb etmişdi.

  Müraciətdə deyilir: “İsrailin hərəkətləri konkret soyqırım niyyəti ilə törədilən soyqırım hadisələridir. Bu hərəkətlər “Qəzzada fələstinliləri məhv etmək” məqsədi daşıyır”.

  Qeyd edək ki, Soyqırım Konvensiyasının 9-cu maddəsinə əsasən, əgər dövlət konvensiyanın maddələrini pozarsa, konvensiyanın iştirakçısı olan istənilən dövlətin onu pozan dövlətə qarşı İCJ-də iddia qaldırmaq haqqı var.

  Təcili tələb olunan hallarda Beynəlxalq Ədliyyə Məhkəməsi göstəriş verə və məhkəmə prosesi başa çatana qədər sözügedən pozuntuların dayandırılması barədə göstəriş verə bilər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir