Füzulidə partlayış: Polis ağır xəsarət aldı

Füzuli rayonunda minaya düşən polisin ayağı amputasiya edilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, iyunun 26-sı saat 20 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub.

“Hazırda həyatı üçün təhlükə yoxdur”, – DİN-in məlumatında bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir