Futbolçu yanan avtomobildən son anda xilas oldu – FOTO

“Latsio”nun və Albaniya millisinin müdafiəçisi Elseid Hüsay 160 min avro dəyərində olan “Ferrari”sini idarə edərkən avtomobili alovlanıb.

Hadisə aprelin 7-də baş verib. Avtomobili Hüsayın qayınatası idarə edib. Onların hər ikisi tamamilə yanmış avtomobildən çıxmağa müvəffəq olublar.

“Biz yolda hərəkət edərkən avtomobilin nasazlığı yanğına səbəb olub. Vəziyyəti dərhal hiss etdim və biz dayandıq. Xoşbəxtlikdən insanlara və digər nəqliyyat vasitələrinə heç bir zərər dəyməyib”, – deyə Hüsay “Instagram” hesabında yazıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi