Futbol tarixinin ən inanılmaz avtoqollarından biri vuruldu (Video izlə)

Litva Kubokunun 1/8 final mərhələsində keçirilmiş “Kauno Jalgiris” – “Jalgiris” matçında qeyri-adi avtoqol qeydə alınıb.

Meydan sahiblərinin 3:0 hesablı qələbə qazandığı matçın 81-ci dəqiqəsində rəqibin hücumundan sonra “Jalgiris”in qapıçısı Tomislav Duka topu cəld oyuna daxil etmək qərarına gəlib. Lakin onun zərbəsindən sonra top Stipe Vuçura dəyərək qapıya daxil olub.

“Jalgiris”in baş məşqçisi Vladimir Çeburin görüşdən sonra bu buraxılmış topu absurd adlandırıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi