Futbol matçında hakim oyunu saxlayıb telefonla danışdı (Video izlə)

Futbol üzrə Portuqaliya çempionatının IV turunda keçirilən “Portu” – “Arouka” oyununda qeyri-adi hadisə baş verib.

Qarşılaşmanın 90-cı dəqiqəsində matçın baş hakimi Migel Noqeyra meydan sahiblərinin lehinə penalti təyin edib.

Daha sonra VAR (Video Assistant Referee) hakimləri onu epizoda baxmağa çağırıblar. Lakin VAR monitoru işləməyib. Daha sonra referi dördüncü hakimdən telefon alıb və VAR otağındakılarla danışdıqdan sonra qərarını dəyişib.

Sözügedən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Portu” əlavə edilmiş 19-cu dəqiqədə məğlubiyyətdən qaçmağı bacarıb.

Matçdan sonra “Portu”nun rəhbərliyi açıqlama yayaraq telefon danışığından penalti qərarının dəyişdirilməsinin doğru olmadığını və oyunun nəticəsinin ləğv edilməli olduğunu bildirib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi