Futbol hakiminə hücum olundu: Çənəsi sındırıldı – FOTO/VİDEO

Avstraliyada futbol hakimi Hodr Yaqiyə hücum olunub.

Hakim Sidney ətrafında həvəskarlar liqası matçı zamanı hücuma məruz qalıb və çənəsi sındırılıb. O, xəstəxanaya yerləşdirilib.

“Greenacre Eagles” və “Padstow Hornets” komandaları arasında keçirilən oyunun sonunda tamaşaçılardan biri hakimləri təhqir etməyə başlayıb. Bu şəxsin “Greenacre Eagles”ın diskvalifikasiya edilmiş futbolçusu olduğu ortaya çıxıb. Ona bir neçə dəfə irad bildirilib. Nəticədə futbolçu köməkçi hakimin üzünə bir neçə zərbə endirib. Referiyə eyni anda bir neçə yerdən çənə sınığı diaqnozu qoyulub, zərbələr nəticəsində o, üç dişini itirib.

Ştat futbol federasiyası hadisəni tənqid edib və araşdırma başlanılıb. “Greenacre Eagles” komandası yarışdan çıxmaq qərarına gəlib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi