Funikulyorda çarəsiz qalanların xilasetmə anları görüntüləndi: 600 metr yüksəklikdə – VİDEO

Türkiyənin Antalya şəhərində funikulyorun qırılıb düşməsi nəticəsində yaranan hadisə ilə bağlı xilasetmə işləri davam edir.

600 metr hündürlükdə aparılan xilasetmə işləri anbaan lentə alınıb. Həmçinin funikulyorun kabinəsində çarəsiz qalan körpə uşağın xilas edilməsi anlarının da görüntüləri yayılıb.

Xatırladaq ki, Antalyada baş verən qəzada bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

Sosial şəbəkələrdə həmçinin funikolyorun qırılıb düşdüyü ilk anların kabinədən görüntüləri də yayılıb. Görüntülərdə kabinədən ətrafdakı mənzərəni çəkən qızın qəflətən yıxılması və qışqırıq səsləri əks olunub. 

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi