“Freddi” 463 nəfəri öldürüb (Video izlə)

Afrikanın cənub-şərqində “Freddi” tropik siklonu 463 nəfərin həyatına son qoyub.

Ən böyük ziyan 360 nəfərin öldüyü Malaviyə dəyib. Maddi zərər onmilyardlarla dollar dəyərində qiymətləndirilir.

“Freddi” Avstraliyanın şimal-qərbində Hind okeanında yaranıb və 38 gün davam edib, martın 14-ü axşam saatlarında dayanıb. Bu, planetin bu hissəsində indiyə qədər qeydə alınan ən uzun siklon olub. Freddinin episentrində küləyin maksimal sürəti 62,6 m/s-ə çatıb. 8000 km-dən çox yol qət edən siklon Mavriki, Madaqaskar, Malavi və Mozambikə təsir edib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi