QafqazTimes xəbər verir ki, Fransa Xarici İşlər Nazirinin bu ölkənin Milli Assambleyasındakı qəbuledilməz bəyanatlarından və İran İslam Respublikasındakı hadisələrlə bağlı müdaxiləçi qətnaməsinin təsdiqindən sonra Fransanın səfiri Nikola Reş İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu görüşdə Fransa hakimiyyətinin İrana qarşı əsassız ittihamları ilə bağlı İran İslam Respublikasının sərt etirazı açıqlanıb və bu cür qəbuledilməz müdaxilələr pislənilib.
Bu görüşdə vurğulanıb ki, Fransa və bəzi Avropa dövlətləri tərəfindən insan haqlarından sui-istifadə halları İran İslam Respublikası üçün böyük təəssüf doğurur. Buna görə də, bu ölkələrin dövlətlərin milli suverenliyinə hörmət sahəsində beynəlxalq hüququn prinsipini pozan yanlış yollarını islah etmələri zəruridir.
Həmçinin qeyd olunub ki, bu ölkələr millətlərin hüquqlarına zidd olan birtərəfli və məcburi yanaşmalara əl atdıqlarına görə insan haqları iddialarını qaldırmaq üçün heç bir səlahiyyət və səriştəyə malik deyillər. Fransa səfiri də cavabında bildirib ki, bu məsələni Parisə çatdıracaq.
İran mediasına görə Fransa Xarici İşlər Nazirliyinin müdaxilə xarakterli bəyanatı, Fransa hökumətinin üç müşavirinin Parisdəki etiraz aksiyalarında iştirakı və “Charlie Hebdo” jurnalının gülünc hərəkətinə cavab olaraq bu ölkənin səfirliyinin müvəqqəti işlər vəkili İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.