Fransanın müsəlman məktəbli qızları və müəllimələri dövlət məktəblərində xüsusilə qızların üstünlük verdiyi “hicab və əba” kimi boş və uzun paltarların geyinilməsi qadağağasına etiraz edirlər.
Əl Aləm telekanalının məlumatına əsasən, Fransa ətrafında yerləşən Moris Oterlo orta məktəbinin müsəlman şagirdləri və işçiləri etiraz aksiyası keçirərək dövlətin bu qadağasını pisləyiblər.
Məlumata görə aksiyada bəzi şagirdlərin valideynləri də aksiyada iştirak edib və onlar təhsil nazirliyindən bu qadağanın qaldırılmasını tələb edərək şagirdlərin şəxsi işlərinə qarışmamalarını istəyiblər.
Qeyd edək ki, Fransada 2004-cü ildə məktəblərdə hicab, 2010-cu ildə isə ictimai yerlərdə hicabdan istifadə qadağan edilib.
Dini simvolların dövlət məktəblərində yer almasını istəməyən Fransa bu cür qərarlar üçün öz “dünyəvi dəyərlərini” qoruduğunu bildirir.