Fransanın hərbi texnikası hansı ölkə vasitəsilə Ermənistana göndərilir? – FOTO/VİDEO

Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana doğru hərəkət edir.

“Caliber”in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, digər silahlarla yanaşı, Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan “Bastion” çoxməqsədli zirehli texnikası bu gecə Gürcüstanın Poti limanına yola salınıb. “Bastion” üçün komponentlər də göndərilib. Onun tədarükçüsü Fransanın “ARQUUS” şirkətidir.

Qeyd edək ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina edib. Amma indi, görünür, rəsmi Tbilisi buna icazə verib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir