Fransanın atom elektrik stansiyalarında tətillər davam edir

QafqazTimes xəbər verir ki, media mənbələri Fransanın atom elektrik stansiyalarında etirazların davam etdiyini bildirib.

Reuters xəbər agentliyinin məlumatına görə, Fransanın “FNMA” həmkarlar ittifaqı çərşənbə günü elan edib ki, “EDF” atom elektrik stansiyalarının bəzi işçiləri maaşlarına görə tətili yenidən başladararaq, 8 atom elektrik stansiyasının təmir işlərini təxirə salıblar.

Bu həmkarlar ittifaqı Fransanın neft emalı sektorunun tətillərini dəstəklədiyini elan edərək, bildirib ki “Kras”ın üç atom elektrik stansiyası fəhlələrin tətili ilə üzləşib, “Katnum” və “Trikastin” obyektlərindəki digər iki elektrik stansiyasının təmiri də bu tətillər səbəbindən ləngiyib.

Bir fransız rəsmisi Fransa elektrik şirkətinin bir neçə ildir texniki xidmət proqramları ilə bağlı təşkilati çətinliklərlə üzləşdiyini və gündəlik tətillərin onun çətinliklərini daha da artırdığını söyləyib. O, həmçinin qeyd edib ki, Atom elektrik stansiyası işçilərinin tətili bir neçə həftədir ki, davam edir.

Bu məlumata görə, neft emalı zavodlarının işçilərinin maaşlar və yaşayış xərcləri ilə bağlı həftələrlə davam edən tətilindən sonra Fransa hökuməti ExxonMobil neft emalı zavodunun yanacaq anbarının işçilərinə işə qayıtmağı göstəriş verib.

Xəbər mənbələrinə görə, yanacaq sektorunda Fransa həmkarlar ittifaqlarının tətillərini davam etdirməsi milyonlarla fransız sürücünün əziyyət çəkməsinə səbəb olub. Hazırda Fransanın yanacaqdoldurma məntəqələrinin təxminən üçdə birində benzin tükənməkdədir.

Related posts

Niderlandın xarici işlər nazirinin İsrailə səfəri ləğv edilib

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

Britaniya hökuməti Netanyahu və Qallantı həbs etməyə hazırdır