Fransada minlərlə insan küçələrə axışdı: İğtişaşlar baş verdi (Video izlə)

Parisin mərkəzində Fransa hakimiyyətinin siyasətinə qarşı ölkənin solçu siyasi partiyalarının təşkil etdiyi böyük nümayiş keçirilib.

Yürüşdə bir neçə min insan iştirak edib.

Etirazçılar Bastiliya Meydanı istiqamətində hərəkət ediblər. Tədbirdə təkcə siyasi fəallar deyil, həm də həmkarlar ittifaqı və gənclər hərəkatlarının üzvləri də iştirak ediblər. Onlar inflyasiya və enerji böhranı fonunda hökumətin fəaliyyətini tənqid edən şüarlar səsləndiriblər.

Həmçinin nümayişin rəsmi şüarlarından biri də “iqlim dəyişikliyi fonunda fəaliyyətsizlik”lə mübarizə olub.

Çoxları ölkəni bürümüş yanacaq böhranına baxmayaraq, sentyabrın sonundan Fransada neft emalı zavodlarında davam edən tətil iştirakçılarına dəstək ifadə edib. Onlar bu il iri şirkətlərin səhmdarlara ödədiyi rekord dividendləri tənqid edərək, inflyasiyanın artması fonunda işçilərin əmək haqqının artırılması ilə bağlı müraciətlərinə cavab verməyi tələb ediblər.

Yaşlı nəslin nümayəndələri də hökumətin planlaşdırdığı pensiya islahatına qarşı çıxıb, hazırkı pensiya yaşının 60-da saxlanmasını və hazırda 980 avro olan minimum müavinətin artırılmasını tələb ediblər.

Dinc aksiya iğtişaşlarla nəticələnib. Etirazçılarla polis arasında toqquşmalar qeydə alınıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi