Fransada fövqəladə vəziyyət elan edildi

Fransa prezidenti Emmanuel Makron kütləvi etiraz aksiyaları ilə əlaqədar ölkənin bəzi şəhərlərində gecə saatlarında fövqəladə vəziyyət elan edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Parisin şimal-qərbindəki Klombos şəhərində dünən gecədən (2 iyul) hərbi fövqəladə vəziyyət bərqərar edilib. Bu məntəqədə fəaliyyət göstərən ümumi məkanlar və bütün kafe-restoranlar bağlanıb.

Klombosun meri Patrik Çaymoviçin sözlərinə görə bu məntəqədə fövqəladə vəziyyət iyulun 1-dən gecə saat 22:00-dən səhər saat 6:00-ya qədər davam edəcək.

Verilən məlumata görə Fransanın müxtəlif şəhərlərində fövqəladə vəziyyət bu minvalla davam edəcək.

Fransa prezidenti Emmanuel Makron nazirlər kabinetinə hərbi və polis qüvvələrindən etirazçıları susdurmaq üçün bacardıqları qədər güc tətbiq etməyi tapşırıb.

Qeyd edək ki, ötən çərşənbə günü 17 yaşlı bir gəncin qətli ilə alovlanan etirazlar Fransan əksər şəhərlərinə yayılıb və davam etməkdədir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib