Fransada böyük təhlükə: Litium batareyaları anbarı yandı – FOTO/VİDEO

Fransanın Qran-Kuron şəhərində litium batareyaları olan anbar yanıb. Hadisə ilə bağlı yayılan kadrlarda müəssisənin alovlara büründüyü görünür.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Onlar alovun qarşısını almağa çalışırlar. Amma hələ ki nəticə ala bilməyiblər. Yanğın yaxınlıqda yerləşən, 70 minə yaxın avtomobil təkərinin saxlanıldığı anqara keçib.

Yanğının ümumi sahəsi təxminən 12 min kvadratmetrdir.

Qeyd edilir ki, litium yandıqda zəhərli ola bilər.

Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi