Fransa yenə od içində

Qafqazİnfo.com Reuters-ə istinadən xəbər verir: Sarıjiletlərin “Makron gedənə qədər” aksiyalarında koronavirusa görə bir ara  sakitlik olsa da, ötən gün ölkə yenidən qarışıb. Aksiyaçılar vaksinasiyaya, sertifikat kampaniyasına,  yanacaq və digər məhsulların qiymətinə etiraz edib. Aksiyalarda 32 min insanın iştirak etdiyi bildirilir.Təkcə Parisdə aksiyalara 7,6 min fransalı qatılıb. Günün sonuna qədər ölkədə 149 etiraz aksiyası qeydə alınıb. Hələ ki aksiyalarda polislə qarşıdurma və xəsarətlər barədə məlumat verilmir.

Yoxsul ölkələrdən mühacirlərin arzusu olan Fransada yerli əhali həyat səviyyəsinin dözülməz olduğunu düşünür. Fransalılar işsizlik, məskən, qiymət artımı kimi problemlərdən narazıdır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib