Fransa prezidenti baş nazirin getmə tələbinə mənfi cavab verib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Emmanuel Makron administrasiyası baş nazir Elizabet Bornun dəyişmə tələbinə razı deyil və bu məsələnin bir daha gündəmə gəlməsindən narahatdır.
Routersin məlumatına görə Fransada son zamanlar “təqaüd refomasiyası” layihəsinin qeyri-prinsipial yolla parlamentdə təsdiqindən sonra baş verən xalq etirazlarının ardınca baş nazirin vəzifədən getməsi tələbi də prezident tərəfindən qəbul edilmədi.
İrqçilik ittihamlı 17 yaşlı gəncin qətlindən sonra Fransanın bütün şəhərlərinə sıçrayan etiraz aksiyalarına baxmayaraq Makron öz siyasətində dəyişiklik etmək fikrində deyil və öz mövqeyindən bircə addım belə geri çəkilmək istəmir.
Medialar Makronun bu rəftarının yeganə səbəbinin məntiqli olmadığını və dünyadakı imicinə xələl gətirməmək kimi dəyərləndirirlər.
Məlumatlı mənbələr Fransa prezidentinin yaxın gələcəkdə yeni idarəetmə siyasətlərini açıqlayacağını da deyirlər.
Qeyd edək ki, Frsansa prezidenti Emmanuel Makron demokratiya və söz azadlığından danışsa da, əslində öz ölkəsində insanın ən ali yaşamaq hüququnu qorumağa qadir deyil.