Fransa dövləti xalq tələbinə qarşı laqeyddir

Siyasi şərhçilər başda prezident olmaqla Fransa dövlətinin xalqın tələbinə qarşı laqeydliyini, paradoksal siyasət yürütdüyünü deyirlər.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Frsansada baş verən son etirazlar və xalqa güc tətbiq edilməsi dövlətin car çəkdiyi demokratiya strukturu ilə ziddir və bir növ paradoksal siyasətdən xəbər verir.

Paris universitetinin beynəxlaq əlaqələr dekanlığı tədqiqatçısı Orlin Deniz bu barədə deyir: Fransa prezidenti Emmanuel Makronun çıxışlarında paradoks iddialar həddən artıq çoxdur. O, hələ bu vəziyyətdən çıxış yolu tapmayıb və daim xalqa tənə vurur, sosial medianı təqsirləndirir və bəzi şəxsləri ittiham edir.

Deniz daha sonra deyir: İddiaya görə vətəndaşın təhdidindən sonra polis atəş açıb. Amma çəkilən videolar bunun əksini sübut edir. Fransada hadisələr çox sürətlə inkişaf etdiyi üçün dövlətin polis məmurunu cəzalandırmaq məsələsi işi daha da böyütdü və böyük bir problem yaratdı.

Analitikin fikrinə görə Fransada irqi ayrı-seçkilik həddən artıq geniş yayıldığı üçün problem həllolunmaz vəziyyətdədir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib