FÖT: Hətta bircə fələstinli belə öz torpaqlarını tərk etmək istəmir

FÖT: Hətta bircə fələstinli belə öz torpaqlarını tərk etmək istəmir

Fələstin Özünüidarə Təşkilatının Rusiyadakı səfiri Trampın Qəzza xalqını zorla təxliyə etmək planını rədd edərək hətta bircə fələstinlinin belə öz torpaqlarını tərk etmək istəmədiyini deyib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi mlumata əsasən, Əbdül Hafiz Nofəl bu gün (25 mart) deyib: Biz öz torpaqlarımızda olmağa davam edəcəyik və öz torpaqlarından ayrılmaq istəyən bir nəfər də olsun fələstinli yoxdur.

İranın Rusiyadakı səfirinin iştirakı ilə “Rossiya Seqodnya” media mərkəzində Beynəlxalq Qüds Günü münasibətilə keçirilən mətbuat konfransında deyib:  Biz problemi həll etməyə çalışırdıq. Biz hətta əraziləri köçürməyə hazır idik və İsrail hərbçilərlə razılaşmadı.

Nofəl qeyd edib: Şübhəsiz ki, gələcəkdə Fələstinli qruplar arasında razılaşma və birliyə nail olmaqla, daha təsirli addımlar ata biləcəyik.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur