Foreign Policy: İsrail artıq özünü müdafiə edə bilmir

Foreign Policy: İsrail artıq özünü müdafiə edə bilmir

Foreign Policy jurnalı sionist rejimin böhranlarna əsaslanaraq onların fələstinlilərə və Yaxın Şərqə qarşı ifrat qərarları barədə analitik yazıda İsrailin qaçılmaz tənəzzülündən yazaraq artıq onların özlərini müdafiə etmək gücü olmadığını diqqət mərkəzinə çəkib.

Əl Aləm telekanalının məlumatına əsasən, Foreign Policy jurnalı bugünkü (19 avqust) dərcində yazıb: İsraildə həttə adi vətəndaşlar arasında belə konfliktlər o qədər dərindir ki, bu vəziyyətin yaxşılaşması bəlkə də imkansızdır. İsraillilər Qəzzədə qələbə imkanı olmayan müharibəyə düçar olub. Ordu qəti təzyiqlər altında olması ilə bərabər Hizbullah və İranla geniş müharibə ehtimalı hələ də qüvvədədir.

Foreign Policynin yazdığı məqalədə İsrail iqtisadiyyatının da ağır zərbələrə düçar olduğu qeyd edilir Times İsrael qəzetinin məlumatına görə İsraildə bu ilin sonuna qədər 60 min iş yerinin bağlanacağı proqnoz edilir.

Məqalədə həmçinin İsraildə siyasi, iqtisadi və beynəlxalq böhranların baş alıb getdiyi vurğulanaraq deyilir: Bütün bunlardan əlavə, rejimin Qəzzədəki performansı bütün dünyada qazandığı saxta imicinə zərbə vuraraq onu nifrət mənşəyinə çevirdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib