Floridaya min ildə bir dəfə görünən leysan yağdı (Video izlə)

ABŞ-ın Florida ştatına görünməmiş leysan yağıb. Leysan Floridanın cənubunda daşqınlara səbəb olub.

“Gündəlik yağıntının belə göstəricisi Florida ştatı üçün son dərəcə nadirdir. Bu, min ildə bir dəfə olur. Bəlkə də, daha nadir”, – meteoroloq Anna Torres-Vaskes vəziyyəti şərh edərkən bildirib.

Leysan nəticəsində Fort Lauderdeyl şəhərində evləri su basıb, yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. Floridanın cənubundakı hava limanları uçuşları dayandırıb. Dövlət meteoroloji xidməti sakinlərə daşqınla bağlı xəbərdarlıq edib, onları səyahət etməməyə və hündür yerə sığınmağa çağırıb.

Həlak olanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb. Cümə axşamı yağıntının zəifləməsinə baxmayaraq, davam edəcəyi gözlənilir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi