Amerikanın Florida ştatında bir yaşayış mənzilində silahlı insidentdə ən azı 5 nəfər yaralanıb.
Əl Aləm telekanalının məlumatına əsasən, ABŞ polisi dünən (5 iyul) Fort Loderdale şəhərində axşam saatlarında silahlı insidentdə ən azı 5 nəfərin yaralandığını elan edib.
Polisin verdiyi açıqlamaya görə hadisə yaşayış binasının həyətində çıxan davadan sonra olub. Atışmadan bilafasilə sonra 5 nəfər xəstəxanaya aparılıb.
Son zamanlar Amerikada silahlı atışmalarda onlarla insan həyatını itirir və yaralanır. Statistikalara görə ABŞ-da silah istehsalı və daşınmasına verilən icazələr ucbatından hətta şəxsi zəmində baş verən kiçik davalarda belə odlu silahlar istifadə olunnur.
Qeyd edək ki, ötən 6 ay ərzində Amerikada 320 silahlı insident qeydə alınıb.