Fırtınada onlarla insan aşan reklam lövhəsinin altında qaldı – VİDEO

Maharaştra ştatının Mumbay şəhərində toz fırtınası zamanı reklam lövhəsinin aşması nəticəsində ən azı 8 nəfər ölüb, 70 nəfər xəsarət alıb, daha 30 nəfərin isə aşan strukturun altında qaldığı ehtimal edilir.

Bu barədə yerli polisə istinadən məlumat yayılıb.

Reklam lövhəsi yanacaqdoldurma məntəqəsinin qarşısında yerləşib. İnsident zamanı nəhəng lövhə birbaşa insanların və avtomobillərin olduğu yanacaqdoldurma məntəqəsinə düşüb.

Hadisə yerində xilasedicilər işləyirlər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi