Arxeoloqlar Sinay səhrasında fironlar və ordular üçün 3500 illik istirahət yeri aşkar ediblər.
Çiy kərpicdən tikilmiş saray III Tutmosun (e.ə. 1479-1425) hakimiyyəti dövründə qədim Misir qoşunlarının və ehtimal ki, fironun ailəsinin yerləşməsi üçün tikilmişdir. Bunu onun adı olan yazılar göstərir.
O, tarixin ən böyük hərbi liderlərindən biri hesab olunur. Həmin dövrdə Qədim Misir fironları imperiyanı genişləndirmək üçün mütəmadi olaraq Aralıq dənizinin şərqinə hərbi səfərlər edirdilər. Sinay səhrası onların dayanma nöqtələrindən biri idi. Alimlər tərəfindən kəşf edilən saray ordu və fironların təchizatı və istirahəti üçün istifadə oluna bilərdi.
Binanın iki düzbucaqlı zalı və bir neçə bitişik otağı olub. Şimal tərəfdə yerləşən əsas giriş əhəngdaşından hazırlanmış üç sütunlu birinci zala aparıb. İkinci zal daha kiçik olub, şərq və qərb tərəfdən buraya girmək mümkün olub. Ortada isə iki sütun olub.
2 şərhlər
Injectable Steroids DIANABOL buy online. https://injectable-steroids-dianabol-buy-online.webflow.io
xuuqw3