Finlandiyada çəhrayı qar aşkar edilib – FOTO

Finlandiyanın Yuva şəhərində fərdi evlərin həyətlərində qar çəhrayı rəngə boyanıb. Yerli sakinlər xilasetmə xidmətinə müraciət ediblər. 

Məlumata görə, naməlum maddənin təsirilə qar mazut qoxusu verib, ətrafda isə heç bir iz qalmayıb.  

Yerli sakinlər boyanın göydən düşməsinə inanırlar. 

Xilasetmə xidməti isə belə nəticəyə gəlib ki, qar yığınlarını çəhrayı rəngə boyayan maddə kalium permanqanatdır. Maddə sağlamlığa zərərlidir. O, heroin və kokain istehsalında, həmçinin əczaçılıq və kimya sənayesində oksidləşdirici maddə kimi istifadə olunur.  

Çəhrayı qarın sirri hazırda yerli polis tərəfindən araşdırılır. Maddənin fərdi evlərin həyətinə necə düşdüyü hələlik məlum deyil. 

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi