Film çəkilişi zamanı bədbəxt hadisə: İşıqlandırma qurğusu qadının üzərinə düşdü (Video izlə)

Rusiyanın paytaxtı Moskvada “Anormal” filminin çəkilişləri zamanı bədbəxt hadisə baş verib.

Çəkiliş zamanı işıqlandırma qurğusu yoldan keçən yaşlı təqaüdçü qadının üzərinə düşüb.

Məlumata görə, filmin texniki heyəti üzərində çox sayda ağır lampa olan qurğunu dartıb apardığı zaman qurğu aşıb. Nəticədə həmin vaxt yoldan keçən 87 yaşlı Valentina İvanovna adlı qadının başına düşüb. Qadın ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hazırda yaşlı qadın xəstəxanadadır və ona beyin silkələnməsi diaqnozu qoyulub.

Hadisə ilə bağlı istintaqa başlanılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi