Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, “İranı ABŞ-ın nüvə danışıqları ilə bağlı mövqeyindən xəbərdar etdik”. O əlavə edib ki, İran tərəfinin başa düşülən baxışları var və ümid edir ki, bu məsələ tezliklə diplomatik yollarla həll olunacaq və müharibə genişlənməyəcək.
Qafqaz Times -ın məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyada keçirilən BRİKS sammiti çərçivəsində jurnalistlərlə görüşündə bildirib ki, Ankara ABŞ-ın mümkün nüvə danışıqlarının yenidən başlanması ilə bağlı mövqeyini İran tərəfinə çatdırıb.
Fidan əlavə edib: “Atəşkəs hələ də qüvvədədir və tərəflərin buna riayət etdiyini görürük. Hazırda nüvə danışıqlarının yenidən başlanması və bu prosesin formatı ilə bağlı qeyri-müəyyənlik mövcuddur.”
Türkiyəli nazir, dörd gün əvvəl ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofla da bu barədə görüşdüyünü deyib.
O vurğulayıb: “İran tərəfi başa düşülən baxışlara sahibdir. Ümid edirik ki, bu problem qısa zamanda diplomatik danışıqlar yolu ilə həllini tapacaq və müharibənin genişlənməsinin qarşısı alınacaq.”