Fidan: Blinkenlə Suriyanın gələcəyini müzakirə etdik

Fidan: Blinkenlə Suriyanın gələcəyini müzakirə etdik

Türkiyə XİN başçısı ABŞ dövlət katibi ilə mətbuat konfransından sonra verdiyi müsahibədə Suriya və Qəzzənin gələcəyi barədə müzakirələr etdiyindən xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hakan Fidan bu gün (13 dekabr) deyib: Suriyanın gələcəyi, Türkiyə və ABŞ-ın bu ölkənin taleyindəki rolu barədə söhbətlərimiz oldu. Bizim prioritetimiz Suriyada stabillik və terrorizmin olmadığı bir ölkədir.

Hakan Fidan əlavə edib: Əlbəttə bizim əsas məqsədimiz Suriyada İŞİD və PKK-nın olmamasıdır. Bu xüsusda bizim ortaq narahatçılıqlarımız barədə söhbət etdik.

Qeyd edək ki, Antoni Blinken bu gün səhər (13 dekabr) Türkiyəyə səfər edib və Hakan Fidanla danışıqlar aparıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib