Fars xəbər agentliyi: İranın gizli nüvə məlumatları sionist rejimə ötürülüb

İranın Fars xəbər agentliyinə danışan məlumatlı mənbələr bildirib ki, İran Kəşfiyyat Nazirliyinin əldə etdiyi sənədlər Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) sionist rejimlə tam koordinasiyada işlədiyini sübut edir.

Sənədlərin təhlili göstərir ki, İranın BAEA ilə apardığı rəsmi və məxfi yazışmalar – hansı ki, həssas məlumatlar ehtiva edirdi – gizli kanallar vasitəsilə sionist rejimin kəşfiyyatına ötürülüb. Daha əvvəl də agentliyin İranın nüvə alimlərinin adlarını sızdırdığı və həmin alimlərdən bir neçəsinin sonradan suiqəst nəticəsində şəhid edildiyi barədə xəbərlər yayılmışdı. Bu son məlumatlar isə BAEA-nın ölkələrin informasiya məxfiliyini pozması ilə bağlı şübhəli tarixçəsini bir daha təsdiqləyir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib